25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırıldı

HADİSƏ
13:19
9 Mart 2021
179

Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.  

Sabah.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü  Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Ə.Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.

Xəstəxanadan verilən məlumata görə, Ə.Eyvazova ilkin yardım göstərilib, ailəsi onun müalicənin davam etdirmək üçün Bakı şəhərinə aparıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti