Leyla İmanova vəzifəsindən azad olundu

ÖLKƏ
18:07
4 Mart 2020
392

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.

Sabah.az xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova həvalə edilib.

Xəbər lenti