Azərbaycanda müəllimlərin 83 faizini qadınlar təşkil edir

ÖLKƏ
15:21
8 Mart 2021
108

"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır".

Sabah.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində paylaşıb.

O qeyd edib ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir: “Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

Xəbər lenti