Şəhidimiz dəfn olundu - Fotolar

ÖLKƏ
14:59
8 Mart 2021
140

Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

Sabah.az "Report"a istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.

Qeyd edək ki, Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

Z.Balakişiyev Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidimiz nişanlı idi.

Allah rəhmət eləsin!

Xəbər lenti