Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı açıqlama

ÖLKƏ
12:23
8 Mart 2021
56

“Badamdar sürüşmə sahəsinə tərəfimizdən baxış keçirilib”.

Sabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov bildirib ki, əraziyə baxış zamanı müəyyənləşdirilib ki, 28 yanvar 2021-ci ildə ərazidə baş vermiş sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də, son zamanlar atmosfer yağıntılarının təsirindən yerini dəyişməsi qeydə alınıb.

“Əslində, qruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq, dağınıqlığı pozulmuş süxur kütləsinin yerdəyişməsidir”, - deyə R.Həsənov bildirib.

Xəbər lenti