Gecə 12-dən sonra qaydaları pozan 16 nəfər cərimələndi

GÜNDƏM
10:41
8 Mart 2021
136

Lənkəranda karantin qaydalarını pozan daha üç obyekt aşkarlanıb, 16 nəfər cərimələnib.

Sabah.az xəbər verir ki, DİN-dən bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir bilyard zalı, bir oyun zalı və bir çayxananın karantin rejimi qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti