"Koronavirus” sözünün düzgün tələffüzü müəyyənləşdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib.
Sabah.az xəbər verir ki, institutun direktoru, akademik Möhsün Nağısoylu "Report"a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:
"Ona görə də "koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır".
Akademik deyib ki, "koronavirus" sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq "Azərbaycan dilinin Orfoepiya lüğəti"nə əlavə olunacaq.
Qeyd edək ki, "koronavirus" iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə salınıb.
Xatırladaq ki, yeni "Azərbaycan dilinin Orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.
Daha çox