DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

ÖLKƏ
16:30
6 Mart 2021
197

Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq”, - deyə DİN-dən bildirilib.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.

Xəbər lenti