Diplomatik nümayəndələr bu gün Füzuli, Qubadlı və Laçında olacaq

GÜNDƏM
09:27
6 Mart 2021
48

Diplomatik korpuslar, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelər bu gün Laçın, Qubadlı və Füzuli rayonuna səfər edəcəklər.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

"Prezident İlham Əliyevin təlimatı ilə diplomatik korpus nümayəndəliklərinin Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilir. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqları üçün minnətdarıq",-deyə Hikmət Hacıyev qeyd edib.