Onlar YAP rəhbərliyindən uzaqlaşdırıldı - Siyahı+Yenilənib

GÜNDƏM
13:33
5 Mart 2021
314

AMEA Prezidenti Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının İdarə Heyətindən çıxarılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən qurultayda qərar verilib.

Həmçinin sabiq Baş nazirin müavini Əli Həsənov, deputat Siyavuş Novruzov,​ Hacıbala Abutalıbov, Abel Məhərrəmov, Kərim Kərimov, Arif Rəhimzadə, Nurlana Əliyeva, Vaqif Əliyev, Yusif Hümbətov, Nizami Xudiyev də İdarə Heyətindən uzaqlaşdırılıb.

Partiyanın yeni İdarə Heyəti formalaşıb. Deputatlardan Cavid Osmanov, Tahir Mirkişili, Azər Badamov, Elşad Mirbəşir, Kamal Cəfərov, Ramin Məmmədov, Şahin İsmayılov, Sadiq Qurbanov yeni İdarə Heyətində yer alıblar.

Əvvəlki 20 nəfərlik İdarə Heyətindən yeni tərkibdə Bahar Muradova, Əli Əhmədov, Mixail Zabelin, Vasif Talıbov yenidən yer alıb.

***

Eyni zamanda ləğv edilən Siyasi Şuranın üzvü olmuş AMEA prezidenti Ramiz Mehdiyev partiyanın yeni qərarına əsasən, Veteranlar Şurasının üzvü seçilib.

Xəbər lenti