Koronavirus İranın bütün şəhərlərinə yayıldı
"Koronavirus demək olar ki, ölkəmizin bütün şəhərlərinə yayılıb".
Sabah.az xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.
O, ölkəsinin ən qısa müddətdə və ən az itkilərlə bu böhranın öhdəsindən gələcəyini bildirib.
Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı sürətlə artır. Belə ki, son məlumata görə ölənlərin sayı 92 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 2822 nəfərdir.
Daha çox