Beş partiya YAP-a qoşulmaqla bağlı qərar verib

XƏBƏR
17:59
4 Mart 2021
126

Azərbaycanda fəaliyyət göstərən partiyalar - Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına qoşulmaq haqda qərar qəbul ediblər.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə partiyaların keçirdikləri onlayn qurultaylarda qərar verilib.

Milli Qurtuluş Partiyasının (MQP) V qurultayında partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb. Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulur. Partiyanın sədri Rafiq Turabxanın sözlərinə görə, dünən partiyanın videokonfrans formatında keçirilən qurultayında bununla bağlı qərar qəbul edilib.

Həmçinin, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib. Partiyanın sədri Qasım Qasımov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib.

Məlumatda qeyd olunub ki, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a qoşulmaq qərarı verib. Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.

Xəbər lenti