Gecə 12-dən sonra işləyən çay evi aşkarlandı

ÖLKƏ
16:42
4 Mart 2021
51

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. 

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Xəbər lenti