Türkiyəyə koronavirus test nəticəsi ilə girişin müddəti uzadıldı

GÜNDƏM
13:53
4 Mart 2021
116

Türkiyəyə hava, quru və ya dəniz yolu ilə daxil olan şəxslərdən 72 saat ərzində götürülmüş neqativ koronavirus test nəticəsi tələbinin müddəti uzadılıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin rəsmi feysbuk hesabında məlumat verilib.

Bildirilib ki, müddət 15 aprel 2021-ci il tarixinədək uzadılıb.

Qeyd edək ki, neqativ test təqdim edə bilməyənlərlə bağlı karantin şərtləri qüvvədə qalıb.

Xəbər lenti