Xaricdən sifariş olunan məhsullar niyə gec gəlir?

GÜNDƏM
12:54
4 Mart 2021
89

Xaricdən sifariş edilən məhsulların çatdırılmasında yaranan gecikmələrə aydınlıq gətirilib.

Sabah.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, gecikmələr bağlamaları çatdıran kuryer şirkətləri ilə bağlıdır.

S.Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi daxil olan bağlamaların 85 faizdən çoxunu elə həmin gün şirkətlərin anbarına təhfil verir: “Dövlət Gömrük Komitəsinin yalnız tələbi ondan ibarətdir ki, rüsum ödənilməsi tələb olunan dəyəri 300 dollardan çox olan bağlamalar barədə məlumat verilsin”.

Komitə sədri pandemiya ilə əlaqədar xaricdən gələn bağlamaların sayının xeyli çoxaldığını vurğulayıb. O bildirib ki, şirkətlər tərəfindən bağlamaların çeşidlənməsində çətinliklər var, az sayda əməkdaşlar bu işi tez zamanda çatdıra bilmir: “Biz şirkətlərə tövsiyələr veririk ki, çeşidləmə üçün lazımi avadanlıqlar alsınlar, iş prosesini sürətləndirsinlər. Yəni bağlamaların çatdırılmasında gecikmələr gömrük orqanları ilə bağlı deyil”.

Xəbər lenti