Avtomobil dirəyə çırpıldı, ölən və yaralananlar var

HADİSƏ
10:36
4 Mart 2021
89

Balakən rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Sabah.az xəbər verir ki, hadisə martın 3-ü saat 23 radələrində rayonun Kortala kənd yolunda qeydə alınıb.

Belə ki, Kortala kənd sakini, 1989-cu il təvəllüdlü Murad Xırxırov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə Balakən şəhər istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sol kənarındakı elektrik beton dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü M.Xırxırov ölüb, avtomobildə olan sərnişinlər - Balakən rayonun Qazma kənd sakini Həlimət Sarıyeva, onun həmkəndlisi Ofelya Hacıyeva və Kortala kənd sakini Ramazan Qalayçiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti