Suraxanıdakı qəzada sürücü öldü
14:25
4 Mart 2020
43Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, qəza martın 3-də saat 21 radələrində qeydə alınıb.
Bakı şəhər sakinləri Sahib Kərimovun idarə etdiyi “TOFAŞ” və M.Zahidovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə “TOFAŞ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Daha çox