Həmyerlisini hədələyib, itini güllələdi

HADİSƏ
12:40
3 Mart 2021
75

Şabran sakini həmyerlisini tüfənglə hədələyib, itini öldürüb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə müraciət edib.

Müraciətlə əlaqədar Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb. Ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Xəbər lenti