Füzulinin azad olunan kənlərinə gedən 9 nəfər saxlanıldı

GÜNDƏM
11:57
3 Mart 2021
82

İşğaldan azad edilən ərazilərə keçmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sabah.az-a verilən məlumata görə, martın 3-də gecə saatlarında  Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılmış və aidiyyatı üzrə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Xəbər lenti