8 fevral namizədlərin "sükut günü"dür

GÜNDƏM
11:32
5 Fevral 2020
65

Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i Azərbaycanda “sükut günü”dür.

Sabah.az secki-2020.az saytına istinadla xəbər verir ki, həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni, “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.

Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Xəbər lenti