Pirşağı qazsız qalıb - Fotolar

GÜNDƏM
18:48
7 Noyabr 2019
58

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

Sabah.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, "Opel" markalı minik avtomobili ilə toqquşan "Mersedes" markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

Xəbər lenti