DİN-dən quzu gəzdirənlər haqda açıqlama

GÜNDƏM
11:04
3 Mart 2021
138

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Bakının mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirən iki gəncin saxlanılması ilə bağlı məsələyə münasibət bildirib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin şəxslər quzu gəzdirdiklərinə görə yox, insanların toplaşmasına səbəb olduqları üçün şöbəyə aparılıblar:

“Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi qaydalarının pozulmasına yol verə biləcək hərəkətlər qadağandır. Pandemiya dövründə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə ərazidən uzaqlaşdırılıblar.

Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib”.

Xəbər lenti