Mənzildə 48 yaşlı kişinin meyiti tapıldı

XƏBƏR
09:30
3 Mart 2021
98

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Orucov Xudayar İbadulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti