“Qarabağ”da da məşqlər ləğv olundu

İDMAN
12:50
4 Mart 2020
48

"Qarabağ"da məşqlər dayandırılıb.

Sabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.

Bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərlə əlaqədar atılıb. Məqsəd yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir.

Xəbər lenti