Çavuşoğlu Anar Kərimovla görüşdü
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov arasında görüş olub.
Sabah.az xəbər verir ki, bu barədə türkiyəli nazir öz tvitter səhifəsində yazıb.
“İşğal zamanı ziyan görmüş Qarabağdakı Azərbaycanın mədəni mirasının bərpası üçün hər cür dəstəyi verəcəyik. UNESCO başda olmaqla beynəlxalq platformalarda Azərbaycanın haqlı davasının arxasındayıq” - deyə Çavuşoğlu qeyd edib.
Daha çox