Paşinyan Sarkisyanla görüşdü

XƏBƏR
16:53
1 Mart 2021
107

Ermənistan prezidenti Armen Sarkisyan və Baş nazir Nikol Paşinyan arasında görüş keçirilib.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan Ermənistan prezidentinin səhhətində yaranmış problemlə əlaqədar onu evində ziyarət edib.

Qeyd edək ki, ölkənin kütləvi informasiya vasitələri görüşdə Paşinyanın Sarkisyana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsinə dair fərmanı imzalaması üçün təzyiq etməsi barədə məlumatlar yayıb.

Mətbuat xidmətindən həmin məlumatlar təkzib edilərək bildirilib ki, tərəflər ölkədəki daxili siyasi vəziyyəti müzakirə ediblər.

Xəbər lenti