AFFA 4 klubu cərimələdi

İDMAN
15:44
1 Mart 2021
62

AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunları ilə əlaqədar qərarlar qəbul olunub.

Sabah.az PFL-in saytına istinadən xəbər verir ki, "Qəbələ", "Sabah", "Keşlə" və "Neftçi"yə 4 və daha çox oyunçuları sarı vərəqə aldıqları üçün 800 manat cərimə kəsilib.

Qeyd edək ki, “Sumqayıt”la ev matçında "Qəbələ"nin 6, "Sabah" - “Keşlə” matçında hər iki komandanın, “Zirə” ilə səfər oyununda isə "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb.

Xəbər lenti