Paşinyan “İskəndər”lə bağlı açıqlamasından geri çəkildi

GÜNDƏM
14:51
1 Mart 2021
92

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “İskəndər” raket sistemlərinin effektivliyi barədə səhv məlumatlandırılıb.

Sabah.az xəbər verir ki, bunu N.Paşinyanın mətbuat katibi Mane Gevorqyan deyib. Onun sözlərinə görə, nazirin bu açıqlamasına ona verilən səhv məlumatlar səbəb olub:

"Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiq münasibətlərinə aidiyyəti yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”.

Həmçinin Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da məsələ ilə bağlı açıqlama verərək Nikol Paşinyanın səhv etdiyini vurğulayıb:

“Nikol Paşinyanın Vladimir Putinlə söhbətdən sonra “İsgəndər” məsələsində ona səhv məlumatın çatdırılması qənaətinə gəlməsindən məmnunuq. Həqiqətin bərpa olunması çox vacibdir”.

Xəbər lenti