Əkin sahəsində iki nəfəri bıçaqladı

HADİSƏ
09:57
1 Mart 2021
47

Samux rayonunda əkin sahəsində iki nəfəri bıçaqlayıb qaçan şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə fevralın 28-də rayonun Lək kəndi ərazisində əkin sahəsində baş verib.

Rayonun Qarabağlar kənd sakini, 1969-cu il təvəllüdlü Asəf Muradovla Lək kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Həsənov arasında mübahisə yaranıb. A.Muradov bıçaqla E.Həsənovun qarnından bir zərbə vurub. A.Muradov, həmçinin, onları ayırmaq istəyən digər Lək kənd sakini, 1984-cü il təvəllüdlü Elçin Məmmədovu da bıçaqlayıb.

Daha sonra hadisə yerindən qaçan Asəf Muradov rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət aləti olan bıçaqla birlikdə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti