Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək

GÜNDƏM
09:24
1 Mart 2021
119

Bu gündən etibarən Azərbaycan vətəndaşları yalnız neqativ cavablı “PCR” testi barədə sənədi təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcək.

Sabah.az xəbər verir ki, Gürcüstanda 1 mart tarixində qüvvəyə minən qərarına əsasən, yeni qaydalar Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarına da şamil edilib.

Qaydalara əsasən, bu ölkələrin vətəndaşları Gürcüstana daxil olmazdan əvvəl son 72 saat ərzində əldə edilmiş neqativ koronavirus test cavabını hava limanında təyyarəyə minərkən təqdim etməlidir. Həmin şəxslər Gürcüstana səfərlərinin üçüncü günündə yenidən öz hesablarına test verməlidirlər.

Qeyd edək ki, daha əvvəlki qaydalara görə, Azərbaycan vətəndaşları yeni növ koronavirus əleyhinə peyvəndin hər iki dozasının vurulmasını göstərən sənəd təqdim etməli idi.

Hazırkı mərhələdə Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır.

Xəbər lenti