Kafe sahibi və işçi cərimələndi - Foto

GÜNDƏM
10:26
27 Fevral 2021
88

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevralın 27-də karantin normalarını pozaraq fəaliyyətini davam etdirən iaşə obyekti müəyyən edilib.

Obyektin icarədarı E.Ağayev və işçisi F.Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunub.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.

Xəbər lenti