Türkiyə Ermənistanla sərhədi açsa, Azərbaycanın mövqeyi necə olacaq?

GÜNDƏM
16:37
26 Fevral 2021
117

Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədi açacağı halda Azərbaycanın rəsmi mövqeyinin necə olacağı barədə sualı cavablandırıb.

Sabah.az xəbər verir ki, dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, sərhədlərin bağlı olması qardaşlıq rəmzidir:

“Türkiyə Ermənistanla 1993-cü ildə sərhədləri bağlayıb. Yəni Kəlbəcər işğal altına düşəndən sonra. O vaxta qədər sərhədlər açıq idi. Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi.

Bu gün də bu proses davam edir. Türkfobiya orada rəsmi ideologiyaya çevrilib. Türkiyə və Azərbaycanı rəsmi düşmənə çeviriblər. İndi münaqişə başa çatıb. Müharibədən əvvəl Ermənistan Prezidenti söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var.

“Soyqırımı” müxtəlif parlamentlərdə qəbul etdirirlər. Onlar ağıllarını başlarına yığmalıdır ki, Türkiyə kimi dövlətə ərazi iddiaları irəli sürmək özünəqəsddir.

İndi yeni vəziyyəti nəzərə alaraq, Türkiyə Ermənistan münasibətlərinə müsbət baxırıq. Türkiyə özü müəyyən edəcək ki, sərhədi nə zamam açılacaq. Hər halda Azərbaycan tərəfindən buna hər hansı mənfi fikir bildirilməyəcək.

Bölgənin sabitliyi üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Azərbaycan Ermənistan sərhədi açılırsa Türkiyə-Ermənistan sərhədi bağlı olmamalıdır. Amma bu, hər halda Türkiyənin özünün qərarıdır. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir”.

Xəbər lenti