“Hikmət bəy hər dəfə deyir ki, sonuncu sualdır” - Video

GÜNDƏM
15:30
26 Fevral 2021
297

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransı 4 saatdan artıqdır davam edib.

Sabah.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzetinin əməkdaşı sualı vermədən öncə hər bir jurnalistin sualını cavablandırdığı və səbirli davranışı üçün dövlət başçısına təşəkkürünü bildirib.

Bu zaman isə Prezident zarafatla köməkçisi Hikmət Hacıyevi nəzərdə tutaraq “Hikmət bəy hər dəfə deyir ki, sonuncu sualdır” və “Mən etiraz etmirəm, əgər sual varsa, hazıram” deyə əlavə edib.

Qeyd edək ki, konfransın sonunda Hikmət Hacıyev jurnalistlər adından dövlət başçısına təşəkkür edib. Bildirib ki, mətbuat konfransında dünyanın 35 media qurumunun 50-dək sualı cavablandırılıb.

Xəbər lenti