“Kim yeni qaydalarla şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək”

ÖLKƏ
14:38
26 Fevral 2021
57

Prezident İlham Əliyev Azərbaycanda İnvestisiya Holdinqinin yaradılması məramından danışıb.

Sabah.az xəbər verir ki, Prezident vurğulayıb ki, holdinq idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılıb: “Dövlət sistemində idarəetmə axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların sağılması üçün istifadə edilir. Həmişə büdcədən doatasiyalara ehtiyac var. Strateji infrastruktur dövlətin əlində qalmaldır. Əks halda, ərazini bərpa edə bilməyəcəyik.

Dövlət Neft Şirkəti ən böyük vergi ödəyicisidir. Ancaq bu yaxınlara qədər qazlaşdırma üçün dövlətdən dotasiya alırdı. Bu, belə olmaz. Bəlkə bir neçə istisna var. Buna son qoymaq lazımdır. Kim yeni qaydalarla düzgün, şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb ediləcək”.

Xəbər lenti