Əliyevdən “İskəndər” raketi ilə bağlı müzakirələrə - Reaksiya

ÖLKƏ
13:29
26 Fevral 2021
63

“Biz “İskəndər E” raket kompleksinin hərəkətini görməmişdik”.

Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistan Baş nazirinin “İskəndər E” raket kompleksi ilə bağlı bəyanatı müəyyən suallar doğurub: “Mən ironiyalı mesajlar vermək istəmirəm. Rusiya rəsmiləri və parlament üzvləri tərəfindən müəyyən mülahizələr olub ki, raket 10 faiz öz gücü ilə partlaya bilməz, buna çox cəhd etməlisən. Biz “İskəndər E” raket kompleksinin hərəkətini görməmişdik. Dünən bu bəyanat səslənəndə bir daha maraqlandıq ki, baxaq doğrudan bu baş veribmi, gördük ki, yox olmayıb. Bu, sadəcə olaraq onlar tərəfindən növbəti yalandır”.

Demişdilər ki, "İskəndər" raketi atılıb və 10 faiz gücü ilə partlayıb. Hara atılıb raket, necə partlayıb? Bu, bir anekdotdur.

Yeri gəlmişkən, o vaxt Ermənistana “İskəndər” raketləri veriləndə mən bu haqda Rusiya rəhbərliyinə məlumat vermişdim. Mən onlara demişdim ki, bu düzgün addım deyil, bu, regionda sabitliyin gücləndirilməsi üçün atılan addım deyil. Bu bizi heç nədən çəkindirə bilməyəcək. Mən müharibə zamanı da Rusiya tərəfində təklif edirdim ki, “İskəndər”i qaytarsın yerinə. Bu günə kimi eyni fikirdəyəm ki, regionda faciəvi hadisələrin qarşısının almağın yeganə yolu raketlərin qaytarılması və onlara bundan sonra pulsuz silah verməmək olardı. Təəssüf ki, bu baş verirdi, amma müharibədən sonra artıq olmur. Biz buna müsbət baxırıq. Bu yaxınlarda Ermənistandakı Rusiya səfiri demişdi ki, Rusiya Ermənistan ordusunun müasirləşdirilməsində iştirak edəcək. Nəyə görə? Hansı məqsədlə? Mənə elə gəlir ki, kifayət qədər ağlabatan sualdır. Birbaşa efirlə soruşuram. Bizə uzun müddətli sülh lazımdırsa, belə məsuliyyətsiz adamların əllərində belə dağıdıcı vasitələr olmamalıdır".

Xəbər lenti