Bakıda səfirin otağından 60 min oğurlandı
Bakıda diplomatik korpusdan oğurluq edilib.
Sabah.az xəbər verir ki, Əfqanıstanın Azərbaycandakı səfiri Spelanay Xeyrullah polisə müraciət edərək bildirib ki, Yasamal rayonunda yerləşən Əfqanıstanın Azərbaycandakı səfirliyinin inzibati binasından oğurluq olub.
Belə ki, səfirin iş otağının stolunun siyirməsindən 35 255 dollar (59 933 AZN) pul oğurlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Daha çox