Prezident azad edilən ərazilərə qayıtma prosesindən danışdı

ÖLKƏ
11:57
26 Fevral 2021
51

"Soydaşlarımızın öz torpaqlarına qayıtması ilə bağlı mən də özüm-özümə hər gün eyni sualı verirəm. Mən də istəyirəm ki, qısa müddət ərzində biz buna nail olaq. Bunun üçün kompleks tədbirlər görülməlidir. İndi minatəmizləmə prosesi başa çatandan sonra paralel olaraq bu işləri başlayırıq".

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı xatırladıb ki, bu yaxınlarda ağıllı kənd layihəsinin gerçəkləşdirilmsinə başlanılıb:"Zəngilanın 3 kəndində bu layihə həyata keçiriləcək. təlimat vermişdim ki, layihə ilin sonuna kimi başa çatsın. Orada təxminən 1000-ə yaxın insan yerləşdiriləcək. Bütün lazımi infrastruktur inşa ediləcək. Belə pilot layihələr çox ola bilər və bunun üzərində işlənilir".

Xəbər lenti