Ən aşağı temperatur bu bölgədə olub

ÖLKƏ
10:11
25 Fevral 2021
77

Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb.

ETSN-nin mətbuat katibi İradə İbrahimova Sabah.az-a bildirib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.

İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda  13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.

“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur, Ordubadda bu gecə mənfi 2-3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”.

Xəbər lenti