Qarda yıxılan 65 nəfər xəstəxanalıq olub - Yenilənib

ÖLKƏ
13:21
25 Fevral 2021
46

Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 35-i kişi, 29-u qadındır. 

Sabah.az xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumata verilib.

Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

***

Saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 38-i kişi, 33-ü qadındır.

Yaralılardan 6-na yerindəcə yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti