Küçədə gecələyən şəxs sığınacağa yerləşdirildi - Foto

ÖLKƏ
14:55
24 Fevral 2021
86

Gecə sosial şəbəkələrdə haqqında foto paylaşılan, “Qələbə dairəsi” yaxınlığında küçədə gecələyən Yusif Əmirov Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Sabah.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov feysbuk səhifəsində paylaşım edib.
O, bu barədə Agentliyə xəbər verən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə küçədə gecələyən həmin şəxslə bağlı paylaşımlar edilmişdi.

 

Xəbər lenti