Bakıya 20 sm qar yağıb

ÖLKƏ
12:27
24 Fevral 2021
54

Fevralın 24-ü saat 12:00-a olan məlumata əsasən Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Altıağac, Şabranda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Astarada 2 sm, Şəki, Xaçmaz, Yardımlıda 1 sm, Bakıda 20 sm, Sumqayıtda 8 sm, Binədə 6 sm, Maştağada 5 sm olub.

Xəbər lenti