Məcburi köçkünlərin binasındakı yanğın söndürüldü - Yenilənib

HADİSƏ
09:39
24 Fevral 2021
78

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Bildirilib ki, binanın dam örtüyü yanır.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

FHN-dən verilən son məlumata görə, artıq yanğın tamamilə söndürülüb

Xəbər lenti