Yardımlıda qazi intihar edib

GÜNDƏM
09:03
24 Fevral 2021
160

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.

Sabah.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

Məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.

"Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı", - deyə jurnalist qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti