Bakıya külli miqdarda brilliant qaşlar keçirdiyi aşkarlandı - Video

HADİSƏ
17:30
23 Fevral 2021
94

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Sabah.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.

Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.

Xəbər lenti