5 aydan sonra şəhid xəbəri gələn Əmrah dəfn olundu - Foto

ÖLKƏ
15:32
23 Fevral 2021
458

Şəhid xəbəri gələn daha bir hərbiçimiz dəfn edilib.

Sabah.az xəbər verir ki, 5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimiz Əmrah Rajapovun nəşi Gəncə şəhərinə aparılıb. Şəhid şəhərin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Ə.Rajapov Gəncədə anadan olub. Uşaq yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Əmrah Rajapov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti