Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

GÜNDƏM
09:14
23 Fevral 2021
408

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVID testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.

Xəbər lenti