20 yaşlı Sevilin intiharı ilə bağlı cinayət işi başlandı

GÜNDƏM
17:11
22 Fevral 2021
180

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Sabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər lenti