Yas mərasimi dayandırıldı, 9 nəfər cərimələndi

GÜNDƏM
16:25
22 Fevral 2021
117

Ağsu Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb və xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti