Prezidentin xüsusi nümayəndələri ilə bağlı dəyişiklik təsdiqləndi

ÖLKƏ
13:40
22 Fevral 2021
65

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sabah.az xəbər verir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı maddələr əlavə edilib:

-  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;

-  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;

-  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri.

***

Bundan başqa, dövlət başçısı Prezidentin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərmanı da imzalayıb.

Fərmana əsasən, Təsnifat Toplusuna aşağıdakı məzmun əlavə edilib:

“Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi”.