"Zəfər yolu" bu tarixədək istifadəyə veriləcək

ÖLKƏ
12:20
22 Fevral 2021
102

"Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır".

Sabah.az xəbər verir ki, bu barədə “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib.

O, qeyd edib ki, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib: "Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək".

Xəbər lenti